XƏBƏRLƏR
Tələbələr üçün “Davranış iqtisadiyyatı” mövzusunda seminar təşkil olunub
Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün “Davranış iqtisadiyyatının klassik iqtisadi məktəblərlə fərqi” mövzusunda seminar keçirilib. İqtisadiyyat və idarəetmə kafedrası tərəfindən təşkil olunan seminarda “Baker Tilly Azərbaycan” şirkətinin Maliyyə və biznes məsləhət xidmətləri üzrə direktoru Fərhad Pərvizi çıxış edib.
Tədbiri giriş sözü ilə kafedranın müdiri Tural Qocayev açaraq, qonağı tələbələrə təqdim edib və fəaliyyəti barədə məlumat verib.
Ardınca tələbələr Fərhad Pərvizinin çıxışını dinləyiblər. Qonaq çıxışında özünəməxsus və maraqlı üslubu ilə “Fərdlərin iqtisadi qərar qəbul etmə prosesi”, “Klassik iqtisadi nəzəriyyənin əsas prinsip və bəzi anlayışları”, “İnsanların iqtisadi modellərin proqnozlarına əməl etməməsinin səbəbləri”, “Psixoloji amillərin iqtisadi qərar verməyə təsiri”, “Davranış iqtisadiyyatı anlayışı”, “Davranış iqtisadiyyatının klassik iqtisadiyyatla müqayisəsi” kimi mövzuları haqqında məlumat verib, tələbələrin mövzuya dair suallarını cavablandırıb.
İctimaiyyətlə əlaqələr şöbəsi