XƏBƏRLƏR
Dekabr ayının əməkdaşı Türkanə Əhmədovadır
Xarici dillər kafedrasının laborantı Türkanə Əhmədova Azərbaycan Universitetində dekabr ayı üzrə “Ayın əməkdaşı” seçilib. Seçimdə əməkdaşımızın verilən tapşırıqların icrasında və vəzifə öhdəliklərinin yerinə yetirilməsində göstərdiyi fəallıq nəzərə alınıb.
“Ayın əməkdaşı” rəhbərlik tərəfindən mükafatlandırılıb.
Türkanə Ramiz qızı Əhmədova 1993-cü ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Azərbaycan Dillər Universitetindən ingilis dili müəllimliyi ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2016-cı ildə həmin universitetin magistratura pilləsindən dilşünaslıq ixtisası üzrə məzun olub.
Əmək fəaliyyətinə Azərbaycan Universitetində başlayıb.
2017-ci ildən Xarici Dillər kafedrasında laborant vəzifəsində işləyir.
İctimaiyyətlə əlaqələr şöbəsi
01.01.2019
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
18 sentyabr 2026
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
16 sentyabr 2026
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
“Ulduz tələbə”lərin seçilməsi üçün müraciətlər başlayır
27 avqust 2026
