XƏBƏRLƏR

“Diplomatik Masa” layihəsində Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub

“Diplomatik Masa” layihəsində Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub

25 dekabr 2023

Baxış sayı: 891

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrası “Diplomatik Masa” simulyasiya layihəsini davam etdirir. Beşinci “Diplomatik Masa”nın iştirakçıları son dövrlərdə artan siyasi gərginliyi ilə gündəmdə olan Azərbaycan-ABŞ münasibətləri ətrafında Azərbaycan - ABŞ münasibətlərinə tarixi baxış: ziddiyyətlər və imkanlar (1991-2020); Azərbaycan - ABŞ münasibətlərinin gərginləşməsinin səbəbləri və gələcək perspektivlər mövzularıüzrə müzakirələr aparıblar.

Qeyd edək ki, layihənin əsas məqsədi tələbələrdə müstəqil araşdırma, natiqlik və debat bacarıqların inkişaf etdirilməsinə nail olmaqdır. Layihənin iştirakçılarına Siyasi və ictimai elmlər kafedrasının müəllimləri rəhbərlik edir. Daha əvvəlki simulyasiyalarda Azərbaycan-Rusiya, Azərbaycan-Fransa və Türkiyə-İsrail, Rusiya-Ukrayna münasibətləri müzakirə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR