XƏBƏRLƏR

Diplomatik Masada Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə müzakirələr aparılıb

Diplomatik Masada Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə müzakirələr aparılıb

06 dekabr 2023

Baxış sayı: 617

Azərbaycan Universitetinin Siyasi elmlər kafedrası “Diplomatik Masa” simulyasiya layihəsini davam etdirir. Dördüncü “Diplomatik Masa”nın iştirakçıları amerikalı diplomat Benjamin Franklinin söylədiyi “Yaxşı müharibə və pis sülh olmur” ifadəsinin məhz bu müharibə üçün keçərli olduğu Rusiya-Ukrayna münaqişəsinin siyasi həlli üzrə sülh paketi ətrafında müzakirələr aparıblar.

Görüşdə Dövlət və ictimai münasibətlər, Tarix, Sosial iş ixtisaslarında təhsil alan tələbələr arasında Rusiya-Ukrayna münaqişəsinin siyasi həlli ilə bağlı Bakı konfransının simulyasiyası həyata keçirilib.

Qeyd edək ki, layihənin əsas məqsədi tələbələrdə müstəqil araşdırma, natiqlik və debat bacarıqların inkişaf etdirilməsinə nail olmaqdır. Layihənin iştirakçılarına hər biri ölkəmizin ictimai-siyasi həyatında fəallığı ilə seçilən Siyasi elmlər kafedrasının müəllimləri rəhbərlik edir. Daha əvvəlki simulyasiyalarda Azərbaycan-Rusiya, Azərbaycan-Fransa və Türkiyə-İsrail münasibətləri müzakirə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR