XƏBƏRLƏR

Dissertant Aynur Həsənovanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib

Dissertant Aynur Həsənovanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib

13 may 2022

Baxış sayı: 1276

Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının iclasında Aynur Məzahir qızı Həsənovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “XX əsrdə Azərbaycan Yazıçılar Birliyindəki ədəbi müzakirələrin yaradıcılıq prosesləri və ədib talelərinə təsiri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimovanın sədrlik etdiyi iclasda rəyçi prof. Bədirxan Əhmədov, dos. Fərhad Mədətov kafedranın müəllimləri prof. Qorxmaz Quliyev, prof. Asif Hacıyev, prof. Məhərrəm Qasımlı, dos. Ülviyyə Əliyeva, Xəyalə Cəfərova, Hüseyn Hüseynli, Solmaz Süleymanova, Aysel Həmidova, Leyla Məmmədəliyeva, Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova, Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva, dissertant Könül Əfəndiyeva iştirak edib. Sədr müzakirə iştirakçılarına iddiaçını təqdim edib, onun elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.

İddiaçı dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında məlumat verib, işin qısa məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.

Daha sonra kafedranın professor-müəllim heyəti təqdim olunmuş dissertasiyanı müzakirə edib, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndiriblər.

Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Doktorantın elmi rəhbəri akademik Rafael Hüseynovdur.

İctimaiyyətlə əlaqələr şöbəsi
13.05.2022

DİGƏR XƏBƏRLƏR