XƏBƏRLƏR

Dissertant Aygün Qasımovanın ilkin müzakirəsi təşkil olunub

Tərcümə və filologiya kafedrasının iclasında dissertant Aygün Ramiz qızı Qasımovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Tərcümədə formal və dinamik ekvivalentlik problemi” (Azərbaycan və İngilis dillərinin materialları əsasında ) mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Tərcümə və filologiya kafedrasının dosenti Ləman Qasımlının sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.

Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Dissertantın elmi rəhbəri filologiya elmləri doktoru, professor İsmayıl Məmmədlidir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR