XƏBƏRLƏR

Dissertant Aysel Həmidovanın ilkin müzakirəsi təşkil olunub

Dissertant Aysel Həmidovanın ilkin müzakirəsi təşkil olunub

27 dekabr 2023

Baxış sayı: 655

Tərcümə və filologiya kafedrasının iclasında dissertant Aysel Məmməd qızı Həmidovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Robert Qreyvs yaradıcılığında mifologiyanın ədəbi-bədii təcəssüm xüsusiyyətləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Tərcümə və filologiya kafedrasının müdiri, dosent Samirə Məmmədovanın sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib. 

Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Dissertantın elmi rəhbəri filologiya elmləri doktoru, professor Qorxmaz Quliyevdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR