XƏBƏRLƏR
Dissertant Gülanə İsayevanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib
Azərbaycan Universitetinin Maliyyə və mühasibat kafedrasının iclasında dissertant Gülanə Vaqif qızı İsayevanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin təhlili və qiymətləndirilməsi problemləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Maliyyə və mühasibat kafedrasının müdiri Nəriman Böyükkişinin sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.
Sonda dissertasiya işinin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.
Dissertantın elmi rəhbəri iqtisad elmləri doktoru, professor Niyazi Musa oğlu İsmayılovdur.
İctimaiyyətlə əlaqələr şöbəsi