XƏBƏRLƏR

Dissertant Səbinə Mehrəliyevanın ilkin müzakirəsi təşkil olunub

Dissertant Səbinə Mehrəliyevanın ilkin müzakirəsi təşkil olunub

30 aprel 2024

Baxış sayı: 366

Tərcümə və filologiya kafedrasının iclasında dissertant Səbinə Elçin qızı Mehrəliyevanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Sosial-kulturoloji realilərin metaforik funksiyası” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Tərcümə və filologiya kafedrasının dosenti Ləman Qasımlının sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.

Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Doktorantın elmi rəhbəri filologiya elmləri doktoru, professor Çingiz Qaraşarlıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR