XƏBƏRLƏR

Dissertant Xanım Quliyevanın ilkin müzakirəsi keçirilib

Dissertant Xanım Quliyevanın ilkin müzakirəsi keçirilib

30 iyun 2025

Baxış sayı: 638

İqtisadiyyat və idarəetmə kafedrasının iclasında dissertant Xanım Hikmət qızı Quliyevanın iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Azərbaycan Respublikasında gənc əmək ehtiyatlarının formalaşması və istifadəsinin sosial-iqtisadi problemləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

İqtisadiyyat və idarəetmə kafedrasının professoru Rövşən Quliyevin sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.

Sonda dissertasiya işinin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Dissertantın elmi rəhbəri iqtisad elmləri doktoru, professor Rövşən Muradovdur.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR