XƏBƏRLƏR

Doktorant Nərminə Qasımovanın dissertasiya işinin növbəti müzakirəsi keçirilib

Doktorant Nərminə Qasımovanın dissertasiya işinin  növbəti müzakirəsi keçirilib

23 aprel 2021

Baxış sayı: 2384

Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının iclasında Nərminə Vaqif qızı Qasımovanın fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Multikulturalizm və milli kimlik münasibətlərinin sosial-fəlsəfi aspektləri” mövzusunda dissertasiya işinin növbəti müzakirəsi keçirilib.

Beynəxalq Magistratura və Doktoantura Mərkəzinin direktoru t.ü.f.d. Nüşabə Quliyevanın sədrlik etdiyi iclasda rəyçilər prof. Əyyub Kərimov, dos. Hörmət Cavadova, f.ü.f.d. Mətləb Mahmudov və komissiyanın üzvü dos. Fazil Rüstəmov iştirak edib. Prof. Qabil Əliyev, prof. Qasım Hacıyev, prof. Habil Məmmədov, dos. Boran Əziz, t.ü.f.d. Salman İbişov, t.ü.f.d. Məhəmməd Əliyev isə isə müzakirəyə onlayn qoşulub. Sədr müzakirə iştirakçılarına iddiaçını təqdim edib, elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.

İddiaçı dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında məlumat verib, işin qısa məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.

Daha sonra kafedranın professor-müəllim heyəti təqdim olunmuş dissertasiyanı müzakirə edib, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndiriblər.

Sonda dissertasiya işinin tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün qoyulan tələblərə cavab verdiyi qeyd olunub və açıq müdafiəyə tövsiyə olunması qərara alınıb.

Doktorantın elmi rəhbərləri fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov və fəlsəfə üzrə fəlsəfə doktoru Yaşar Əhmədovdur.

İctimaiyyətlə əlaqələr şöbəsi
23.04.2021

DİGƏR XƏBƏRLƏR