XƏBƏRLƏR

Doktorant və dissertant namizədlərinə texniki dəstək və məsləhət xidməti göstəriləcək

Doktorant və dissertant namizədlərinə texniki dəstək və məsləhət xidməti göstəriləcək

11 yanvar 2020

Baxış sayı: 2702

Azərbaycan Universitetinin doktorantura və dissertantura proqramlarına qəbul olunmaq üçün sənədlərini təqdim etmiş namizədlərin Dövlət İmtahan Mərkəzinin internet saytında "Şəxsi kabinet"lərinin yaradılması, xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmələri və bu zaman ortaya çıxa biləcək problemlərin həlli mövzusunda texniki dəstək, o cümlədən xarici dil imtahanın keçirilməsi və sualların məzmununa dair məsləhət xidməti göstəriləcək.

Magistratura və doktorantura şöbəsi tərəfindən təşkil olunan texniki dəstək və məsləhət xidməti tədbiri 14 yanvar 2019-cu il tarixində Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasında keçiriləcək və saat 14.00-da başlayacaq.

İmtahanda iştirak etmək üçün qeydiyyat yanvarın 20-dək aparılacaq. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılacaqlar.  

Doktoranturaya və dissertanturaya xarici dillər üzrə qəbul imtahanının tarixi barədə yaxın günlərdə məlumat veriləcək.

Əlavə məlumat almaq istəyənlər (+99412) 431 41 12 /13/16/17 (daxili 126) nömrəli telefonla əlaqə saxlaya bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
11.01.2020


DİGƏR XƏBƏRLƏR