XƏBƏRLƏR

Doktorant və dissertantlar üçün növbəti master-klass təşkil olunub

Doktorant və dissertantlar üçün növbəti master-klass təşkil olunub

17 oktyabr 2019

Baxış sayı: 2805

Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzində magistrant, doktorant və dissertantlar üçün “Tədqiqat metodları” seriyasından ikinci master-klass keçirilib. Master-klassı Azərbaycan Universiteti rektorunun məsləhətçisi, Maliyyə və iqtisadiyyat kafedrasının professoru Paul Gibbs aparıb.

İki həftədən bir keçirilən mater-klasslar tədqiqat metodologiyaları və yanaşmaları, tədqiqat layihəsi üçün materialın toplanması, metodların seçilməsi, materialın kəmiyyət və keyfiyyət baxımından təhlil və təqdim olunması, elmi ədədbiyyatın analizi, tədqiqat suallarının müəyyənləşdirilməsi, tədqiqatın planlaşdırılması, etik prinsiplər, tədqiqatın nəticələrinin çap olunması mövzularını əhatə edir.

Master-klass magistrant, doktorant və dissertantların layihə, diplom və dissertasiya işlərinin uğurlu hazırlanması üçün tədqiqat bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunur.

İctimaiyyətlə əlaqələr şöbəsi
17.10.2019

DİGƏR XƏBƏRLƏR