XƏBƏRLƏR

Doktorant Günel Əhmədovanın ilkin müzakirəsi təşkil olunub

Doktorant Günel Əhmədovanın ilkin müzakirəsi təşkil olunub

07 mart 2024

Baxış sayı: 511

Tərcümə və filologiya kafedrasının iclasında doktorant Günel Rzaqulu qızı Əhmədovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Azərbaycan dilində səbəb-nəticə konsepti” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Tərcümə və filologiya kafedrasının müdiri, dosent Samirə Məmmədovanın sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.

Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Doktorantın elmi rəhbəri filologiya elmləri doktoru, professor İsmayıl Kazımovdur.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR