XƏBƏRLƏR

Doktorant Hüseyn Hüseynlinin ilkin müzakirəsi təşkil olunub

Doktorant Hüseyn Hüseynlinin ilkin müzakirəsi təşkil olunub

20 dekabr 2023

Baxış sayı: 370

Tərcümə və filologiya kafedrasının iclasında doktorant Hüseyn Rafayıl oğlu Hüseynlinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Hüseyn Cavidin mənsur dramaturgiyası” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Tərcümə və filologiya kafedrasının müdiri, dosent Samirə Məmmədovanın sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib. 

Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Doktorantın elmi rəhbəri filologiya elmləri doktoru, professor Qorxmaz Quliyevdir.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR