XƏBƏRLƏR

Doktorant Ofeliya Muradovanın ilkin müzakirəsi təşkil olunub

Tərcümə və filologiya kafedrasının iclasında doktorant Ofeliya Vaqif qızı Muradovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Natiq Rəsulzadənin yaradıcılığı” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Tərcümə və filologiya kafedrasının dosenti Fərhad Mədətovun sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.

Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Doktorantın elmi rəhbəri filologiya  elmləri doktoru, professor Asif Hacıyevdir.                                        

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR