XƏBƏRLƏR

Doktorantlara dissertasiyanın hazırlanma metodikası izah olunub

Doktorantlara dissertasiyanın hazırlanma metodikası izah olunub

20 may 2020

Baxış sayı: 3158

Azərbaycan Universitetinin Elm şöbəsi tərəfindən doktorant və dissertantlar üçün keçirilən növbəti vebinarda dissertasiyanın hazırlanma qaydaları haqqında məlumat verilib. “Dissertasiya: tələblər və hazırlanma metodikası” mövzusuna həsr olunmuş vebinarı Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva aparıb.

“Microsoft Teams” platforması üzərindən təşkil olunan vebinara qoşulan doktorant və dissertantlara dissertasiya işinin planı, ümumi strukturu, həcmi, tərtibi qaydaları, informasiya axtarışı və dissertasiya mövzusu əsasında elmi-texniki ədəbiyyatdan istifadə, girişin təqdim edilməsi, əsas hissənin və nəticənin yazılması, işin bitkinliyi, tədqiqatın elmi yeniliyinin müəyyənləşdirilməsi, üstünlüklərinin göstərilməsi, tədqiqatın nəzəri və praktiki əhəmiyyəti, elmi nəticələrin aprobasiyası, ədəbiyyat siyahısının tərtib olunması haqqında məlumat verilib.

Vebinar müzakirə və sualların cavablandırılması ilə yekunlaşıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
20.05.2020

DİGƏR XƏBƏRLƏR