XƏBƏRLƏR

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının qrafiki

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul imtahanlarının qrafiki

08 yanvar 2019

Baxış sayı: 4168

Azərbaycan Universitetinin doktorantura və dissertantura proqramlarına müraciət edən namizədlərin nəzərinə!

Azərbaycan Universitetində 2019-cu il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul imtahanları  başlayır. Doktoranturaya qəbul imtahanları və dissertanturaya müsahibənin qrafiki aşağıdakı kimidir:

10 yanvar 2019-cu il
Saat 10.00 – Doktorantura fəlsəfə imtahanı
Saat 14.00 – Dissertantura müsahibə (Ümumi tarix, Sosial fəlsəfə, Vətən tarixi, Fəlsəfə tarixi, Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları ixtisasları üzrə)

15 yanvar 2019-cu il
Saat 10.00 – Doktorantura Xarici dil imtahanı
Saat 12.30 – Dissertantura müsahibə (Dil nəzəriyyəsi ixtisası üzrə)

18 yanvar 2019-cu il
Saat 10.00
 -  Doktorantura ixtisas imtahanı (Mühasibat uçotu, İqtisadi nəzəriyyə, Ümumi iqtisadiyyat, Dünya iqtisadiyyatı, Sahə iqtisadiyyatı ixtisasları üzrə) 
Saat 12.00 - Dissertantura müsahibə (Mühasibat uçotu, İqtisadi fəaliyyət növləri, Müəssisələrin təşkili və idarə olunması ixtisasları üzrə)
Saat 14.00 – Dissertantura müsahibə ( Folklorşünaslıq ixtisası üzrə) 
Saat 14.00 - Doktorantura ixtisas imtahanı (Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Dünya ədəbiyyatı ixtisasları üzrə)
Saat 14.00 - Doktorantura ixtisas imtahanı (Tətbiqi dilçilik, German dilləri ixtisasları üzrə)

İctimaiyyətlə əlaqələr şöbəsi
08.01.2019


DİGƏR XƏBƏRLƏR