XƏBƏRLƏR

Dosent Süleyman Barbaros Yalçın müəllim və tələbələrə seminar keçib

Dosent Süleyman Barbaros Yalçın müəllim və tələbələrə seminar keçib

01 dekabr 2023

Baxış sayı: 565

Türkiyənin Necmeddin Erbakan Universitetinin dosenti Süleyman Barbaros Yalçın Azərbaycan Universitetinin müəllim və tələbələri üçün seminar keçib.

Süleyman Barbaros Yalçın müəllimlər üçün “Öyrənmə yanaşmaları” mövzusunda təqdimat edib. O, təqdimatında müasir təhsil nəzəriyyələri, çoxnövlü intellekt nəzəriyyəsi, nəzəriyyənin ölçülməsi və qiymətləndirilməsi mövzularından danışıb.

Dosent tələbələrə isə “Şüur və özünüdərk” mövzusunda mühazirə oxuyub. Mühazirədə tələbələrə şüur və ruh, şüurun növləri, şüurun funksiyaları və xassələri, şüur və şüursuzluq, özünüdərk kimi mövzularda məlumat verilib.

Qeyd edək ki, Süleyman Barbaros Yalçın Azərbaycan Universitetinin rəhbərliyi tərəfindən Təhsildə sosial-psixoloji xidmət və Gənclərlə iş ixtisaslarında oxuyan tələbələrə mühazirə oxumaq üçün Türkiyədən dəvət olunub. Semestr ərzində Süleyman Barbaros Yalçının iştirakı ilə müxtəlif seminar və tədbirlərin təşkili də nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR