XƏBƏRLƏR

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən təhsil sərgisi yekunlaşıb

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən təhsil sərgisi yekunlaşıb

02 avqust 2024

Baxış sayı: 731

Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan “Ali Təhsil Müəsisələrinin Sərgisi” başa çatıb. Azərbaycan Universitetinin də iştirak etdiyi sərgi mərkəzin Elektron İmtahanlar Korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108) 31 iyulda - 2 avqust tarixlərində keçirilib.  

Azərbaycan Universitetinin stendinə müraciət edən abituriyent və valideynlərə  universitet haqqında məlumat verilib, ixtisaslar, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları, beynəlxalq əlaqələr və digər məsələlərlə bağlı onları maraqlandıran suallar cavablandırılıb. Stendi ziyarət edənlər arasında universitetin məzunları, məktəb direktorları, müəllimlər, repititorlar, kurs rəhbərləri, sektorun mütəxəssisləri, abituriyent, valideyn və şagirdlər olub.

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbasova stendlərə baxış keçirib, o cümlədən Azərbaycan Universitetinin stendini ziyarət edərək sərginin gedişatı ilə tanış olub. 

Sərgidə ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, Dövlət İmtahan Mərkəzi, Tələbə Təhsil Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası, e-psixoloq.az platforması və otk.az onlayn sınaq imtahanı portalı da təmsil olunub. 

Qeyd edək ki, sərgi 9-19 avqust tarixlərində keçiriləcək ixtisas seçimi ərəfəsində abituriyent və ali təhsil müəssisələri arasında əlaqə yaratmaq, onların ixtisas seçiminə dəstək göstərmək məqsədilə təşkil olunur. 

İctimaiyyətlə əlaqələr şöbəsi



DİGƏR XƏBƏRLƏR