XƏBƏRLƏR

ECAR layihəsinin ikinci görüşü keçirilib

ECAR layihəsinin ikinci görüşü keçirilib

13 iyul 2021

Baxış sayı: 2079

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində layihə menecerlərinin ikinci görüşü keçirilib. Tədbirdə layihə konsorsiumunun üzvü olan 15 Azərbaycan universitetinin məsul şəxsləri iştirak edib. Görüş tanışlıq məqsədilə təşkil olunub.

Tədbir layihənin koordinatoru Gülşən Bayramovanın moderatorluğu ilə layihənin iş planına uyğun olaraq  nəzərdə tutulan fəaliyyətlər, layihənin icrası ilə bağlı təşkilati məsələlər, eyni zamanda layihə fəaliyyətinin ictimailəşdirilməsi tədbirləri haqqında müzakirələrlə davam edib. Sonda menecerlər tərəfindən növbəti mərhələlərdə yerinə yetiriləcək işlər dəqiqləşdirilib və bir sıra tapşırıqlar müəyyənləşdirilib. Azərbaycan Universitetini görüşdə Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edib.

Qeyd edək ki, layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Layihənin koordinatoru Bakı Biznes Universitetidir.

Rektorlar konfransı Azərbaycan ali məktəblərinin beynəlxalq aləmdə təmsil olunmasına zəmin yaradacaq. Eyni zamanda yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi  
15.07.2021

DİGƏR XƏBƏRLƏR