XƏBƏRLƏR

ECAR layihəsi çərçivəsində Elmi işlər üzrə komitənin ilk iclası keçirilib

ECAR layihəsi çərçivəsində Elmi işlər üzrə komitənin ilk iclası keçirilib

18 yanvar 2023

Baxış sayı: 4239

Azərbaycan Universitetinin tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı “Erasmus+” layihəsi çərçivəsində  Elmi işlər üzrə komitənin ilk iclası keçirilib. Onlayn formatda baş tutan toplantıda komitə üzvləri ilə tanışlıq, sahə üzrə ilkin müzakirələrin aparılması, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, həmçinin idarə heyəti və sədrinin seçilməsi qaydaları müzakirə olunub. 

Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Elçin Süleymanov  idarə heyətinin sədri seçilib. Azərbaycan Texniki Universitetinin elm və innovasiyalar üzrə prorektoru, texnika elmləri doktoru, professor Sübhan Namazov və Lənkəran Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Elvin Əliyev sədrin müavinləri seçiliblər.

Qeyd edək ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfransının tərkibində 5 komitənin – Beynəlmiləlləşmə üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə, Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub. 

Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin koordinatoru Bakı Biznes Universitetidir. 2021-2024-cü illəri əhatə edən layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransının yaradılması yolu ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR