XƏBƏRLƏR

Əkbər müəllimi yeni yaşı münasibətilə təbrik edirik

Əkbər müəllimi yeni yaşı münasibətilə təbrik edirik

04 yanvar 2018

Baxış sayı: 5521

Bu gün fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Universitetinin professoru Əkbər Əliyevin 68 yaşı tamam olur.

Görkəmli alimi yeni yaşı münasibətilə Azərbaycan Universitetinin kollektivi adından təbrik edir, can sağlığı, elmi fəaliyyətində nailiyyətlər arzulayırıq.

Əkbər Bayram oğlu Əliyev 1950-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində anadan olub. 1972–ci ildə Azərbaycan Dövlət Universitetinin  (Bakı Dövlət Universiteti) Mexanika - Riyaziyyat  fakültəsini Riyaziyyat ixtisası üzrə bitirib. 

1972-1975-ci illərdə AMEA-nın Riyaziyyat və Mexanika institutunun nəzdində Riyazi  fizika  ixtisası  üzrə aspiranturada oxuyub. 1975-ci idə həmin institutda  kiçik  elmi  işçi  vəzifəsinə  qəbul  edilib, sonra  isə  baş  elmi  işçi  vəzifəsini  icra  edib.

1976-cı ildə Diferensial  tənliklər ixtisası  üzrə  “Evolyusion tənliklərin və xüsusi  törəməli hiperbolik tənliklərinin həllərinin  xarakteri”  mövzusunda  namizədlik  disertasiyasını, 1988-ci  ildə isə Gürcüstanın Razmadze  adına  Riyaziyyat  İnstitutunda  Diferensial  tənliklər ixtisası  üzrə  “Qeyri  xətti  hiperbolik  tənliklər  üçün  qlobal  həll  oluna bilən  məsələlər” mövzusunda  doktorluq  dissertasiyasını  müdafiə  edib.

1981-ci  ildə Azərbaycan Politexnik İnstitutuna  dosent  vəzifəsinə işə götürülüb. 1989-2001-ci  illər  arasında  Tətbiqi  Riyaziyyat  kafedrasına  rəhbərlik  edib. 2001-ci  ildən Azərbaycan Texniki  Universitetinin Riyaziyyat  kafedrasının professorudur. 1991-ci  ildən Riyaziyyat  kafedrasının  nəzdində  fəaliyyət  göstərən   “Bəzi  qeyri-stasionar proseslərin riyazi  modelləşməsi”  Elmi- tədqiqat laboratoriyasına  rəhbərlik   edir.

1996-cı  ildən Riyaziyyat və Mexanika İnstitutunda  baş  elmi  işçi  vəzifəsində  çalışır, 2013-cü  ildən isə həmin institutun Diferensial tənliklər şöbəsinin  müdiridir.

Müxtəlif illərdə bir sıra ali məktəblərdə (Bakı Dövlət Univeriteti, Azərbaycan Univeriteti) pedaqoji fəaliyyətlə məşğul olub.

150-dən  çox  elmi  əsərin,  2 dərs  vəsaitinin müəllifidir. 10-dan çox  fəlsəfə  doktoruna  rəhbərlik edib. 

İctimaiyyətlə əlaqələr şöbəsi
04.01.2017


DİGƏR XƏBƏRLƏR