XƏBƏRLƏR

Konfransın açılış mərasimi və bölmə iclasları təxirə salınır

Konfransın açılış mərasimi və bölmə iclasları təxirə salınır

05 mart 2020

Baxış sayı: 2898

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın 2 mart 2020-ci il tarixli Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə qəbul etdiyi qərara əsasən kütləvi tədbirlərin təşkilinin məhdudlaşdırılması ilə əlaqədar olaraq 13 mart 2020-ci il tarixində Azərbaycan Universitetində keçirilməsi nəzərdə tutulan “Gənc Tədqiqatçıların III respublika elmi-praktik konfransı”nın açılış mərasimi və bölmə iclasları təxirə salınır.

İştirakçılar konfrans materiallarını mart ayının 13-dən sonra Azərbaycan Universitetinin Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71 ünvanında yerləşən tədris binasına müraciət edərək əldə edə bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
05.03.2020


DİGƏR XƏBƏRLƏR