XƏBƏRLƏR

Azərbaycan Universitetində elmi tədqiqat işinin təşkilinə həsr olunmuş silsilə seminarlar keçirilib

Azərbaycan Universitetində elmi tədqiqat işinin təşkilinə həsr olunmuş silsilə seminarlar keçirilib

28 iyun 2018

Baxış sayı: 4274

Azərbaycan Universitetinin doktorant, dissertant və müəllimləri üçün elmi tədqiqat işinin təşkili və yerinə yetirilməsinin innovativ metodlarına həsr olunmuş silsilə seminarlar keçirilib. Seminarda elmi araşdırmaların aparılmasında beynəlxalq tələblərə uyğunlaşma və peşəkarlıq, elmi məqalənin yazılması qaydaları, beynəlxalq elmi jurnallarda çap olunacaq məqalələrə qoyulan tələblər  və digər bu kimi məsələlərə aydınlıq gətirilib.

Xarici dillər kafedrasının professoru Azad Məmmədovun apardığı “Akademik yazı bacarıqlarının formalaşdırılmasına dəstək” mövzulu seminarda akademik yazı vərdişləri və əhəmiyyəti haqqında danışıb.

Elmi işlər üzrə prorektor, professor Yusif Qasımovun apardığı “Əlyazmanın elmi nəşrlərdə çap olunma qaydası. Beynəlxalq nüfuzlu jurnallarda redaktor və rezidentlərin vəzifələri” seminarında iştirakçılara elmi məzmun, elmi məqalənin tipləri, məqalənin texniki tərtibatı, elmi məqalənin xülasə və nəticəsinə qoyulan tələblər, ədəbiyyat siyahısı, cədvəl, şəkil və qrafiklərin tərtib olunma qaydaları, həmçinin nüfuzlu elmi jurnallarda məqalə çap etdirilməsinin qaydaları haqqında məlumat verilib.

Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva “Dissertasiyaların hazırlanması metodikası. Uğurlu qrant layihələrinin hazırlanması” mövzulu seminarda informasiya axtarışı və dissertasiya mövzusu əsasında elmi-texniki ədəbiyyatdan istifadə, dissertasiya işinin ümumi strukturu, dissertasiyanın tərtibi qaydaları, uğurlu qrant layihələrinin hazırlanması məsələlərinə aydınlıq gətirib.  

Monitorinq üzrə mütəxəssis Elçin Cəfərovun apardığı seminar isə Qərbi Avropa ölkələrinin ali təhsil sistemində elmi tədqiqat işinin təşkili mövzusuna həsr olunub.  

Seminarları aparan məruzəçilər universitet əməkdaşlarının təqdim olunmuş mövzulara dair çoxsaylı suallarını cavablandırıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi
29.06.2018

DİGƏR XƏBƏRLƏR