XƏBƏRLƏR

TEC “Elmi məqalə və tezisin yazılması” mövzusunda respublika seminarı keçirib

TEC  “Elmi məqalə və tezisin yazılması” mövzusunda respublika seminarı keçirib

21 noyabr 2025

Baxış sayı: 185

Azərbaycan Universitetinin Humanitar və sosial elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən “Elmi məqalə və tezisin yazılması” adlı respublika seminarı keçirilib. Azərbaycan Universitetinin evsahibliyində keçirilən tədbirdə ölkədə fəaliyyət göstərən 20 ali təhsil müəssisəsini təmsil edən tələbələr iştirak ediblər. 

Tədbiri Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq, müasir dövrdə elmi fəaliyyətin davamlı inkişaf üçün mühüm rol oynadığını diqqətə çatdırıb. Prorektor tədbirə olan marağı yüksək qiymətləndirdiyini bildirib, seminarda iştirak edən tələbələrin gələcəkdə Azərbaycan elminin aparıcı simaları olacağına inandığını bildirib. 

Ardınca TEC sədri Solmaz İlyaszadə çıxış edərək seminarın əhəmiyyətini qeyd edib və gündəliyi haqqında məlumat verib. TEC sədri bildirib ki, seminarın məqsədi tələbələr arasında elmi araşdırmaya marağın artırılması, onların akademik yazı bacarıqlarının inkişaf etdirilməsi və elmi mühitə inteqrasiyasının gücləndirilməsidir.

Tədbirin əsas hissəsində isə Azərbaycan Universitetinin Elm şöbəsinin müdiri Lətifə Ağamalıyeva elmi tezis və məqalələrin yazılma qaydaları, məqalə strukturunun formalaşdırılması, akademik etika, plagiatın qarşısının alınması və elmi mənbələrlə işləmə prinsipləri barədə geniş təqdimatla çıxış edib.

Tədbir  müzakirələrlə davam edib və tələbələr üçün faydalı fikir mübadiləsi platformasına çevrilib. 

Seminarda aşağıda qeyd olunan universitetlərin tələbələri iştirak edib: 

  • ADA Universiteti
  • Azərbaycan Dillər Universiteti
  • Azərbaycan Dövlət Dəniz Akademiyası
  • Azərbaycan Dövlət İqtisad Universiteti
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Azərbaycan Koorparasiya Universiteti
  • Azərbaycan Neft və Sənaye Universiteti
  • Azərbaycan Tibb Universiteti
  • Azərbaycan Turizm və Menecment Universiteti
  • Azərbaycan-Fransa Universiteti 
  • Bakı Ali Neft Məktəbi
  • Bakı Avrasiya Universiteti 
  • Bakı Biznes Universiteti 
  • Bakı Dövlət Universiteti
  • Bakı Mühəndislik Universiteti
  • Bakı Slavyan Universiteti
  • Fransa-Azərbaycan Universiteti 
  • Xəzər Universiteti 
  • Milli Aviasiya Akademiyası
  • Odlar Yurdu Universiteti
  • Sumqayıt Dövlət Universiteti

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR