XƏBƏRLƏR

“Emanat” şirkətinin nümayəndəsi Azərbaycan Universitetinin tələbələri ilə görüşüb

“Emanat” şirkətinin nümayəndəsi Azərbaycan Universitetinin tələbələri ilə görüşüb

17 aprel 2023

Baxış sayı: 996

Özünəxidmət nağd ödəniş terminalları şəbəkəsi “Emanat” şirkətinin insan resursları departamentinin meneceri Günel Qaçayeva Azərbaycan Universitetinin tələbələri ilə görüşüb. Tələbələr qarşısında təqdimatla çıxış edən qonaq “Emanat” şirkətinin yaranması və keçdiyi inkişaf yolu haqqında məlumat verib, şirkətin təcrübə proqramları və vakansiyalarına müraciət qaydaları, o cümlədən iş müsahibələri zamanı diqqət edilməli məqamları açıqlayıb. 

Təqdimatın ardından tələbələrin mövzu istiqamətində sualları cavablandırılıb.

Sonda Günel Qaçayeva tərəfindən verilən sualları doğru cavablandıran üç tələbəyə  “Emanat” şirkətinin hədiyyələri təqdim olunub.

Qeyd edək ki, görüş Azərbaycan Universitetinin Karyera Mərkəzinin təşkilatçılığı ilə baş tutub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR