XƏBƏRLƏR

Əməkdaşımız Karyera Mərkəzləri Şurasının görüşündə iştirak edib

Əməkdaşımız Karyera Mərkəzləri Şurasının görüşündə iştirak edib

19 aprel 2021

Baxış sayı: 1802

Azərbaycan Universiteti Karyera İnkişaf Mərkəzinin mütəxəssisi Fəxrəddin Abdullayev Dövlət Məşğulluq Agentliyinin nəzdində yaradılan Karyera Mərkəzlərinin Koordinasiya Şurasının İdarə Heyətinin görüşündə iştirak edib.

Dövlət Məşğulluq Agentliyində keçirilən görüşdə Karyera Mərkəzlərinin Koordinasiya Şurasının gələcək fəaliyyət istiqamətləri, əsasnaməsinin hazırlanması, səlahiyyətləri, gözləntilər və iş prinsipi haqqında fikir mübadiləsi aparılıb.

İdarə Heyəti üzvləri təmsil etdikləri qurumlardakı Karyera Mərkəzlərinin fəaliyyəti ilə bağlı məlumat verib, görüləcək işlər barədə öhdəliklər müəyyənləşdirilib.

Görüşdə Dövlət Məşğulluq Agentliyi, Gənclər Fondu, Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti və Sumqayıt Dövlət Universitetinin nümayəndələri də iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.04.2021

DİGƏR XƏBƏRLƏR