XƏBƏRLƏR

Əməkdaşımızın ingilis dilində kitabı nəşr olunub

Əməkdaşımızın ingilis dilində kitabı nəşr olunub

28 iyul 2020

Baxış sayı: 2832

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini, Azərbaycan Universitetinin Xarici dillər kafedrasının müəllimi Rəfi Qurbanovun müəllifi olduğu "Non-Muslim minorities in Azerbaijan" adlı kitab nəşr olunub.

Kitabın yazılmasında əsas məqsəd Azərbaycanda müxtəlif mədəniyyətlərə və dinlərə göstərilən münasibətlər, onların mədəni irsinin mühafizəsində dövlət və icmanın roluna dair məqamları beynəlxalq auditoriyaya çatdırmaq, eləcə də ölkəmizin reallıqlarını təbliğ etməkdir. Həmçinin kitaba daxil  edilən dini icmaları birləşdirən ümumi tarixi məqamlar, onların ölkə mədəniyyətinə verdiyi töhfələri ngilisdilli oxucuların diqqətinə çatdırılıb.

Kitab Azərbaycan Universitetinin Xarici dillər kafedrasinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Məmmədova tərəfindən redaktə edilib.

Kitabın elektron nüsxəsini oxumaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz.

http://mdtf.az/neshrler/738-fondun-dstyi-il-nsr-edilmis-non-muslim-minorities-in-azerbaijan-adli-kitab-kitabin-mullifi-mdtf-nin-icraci-direktorunun-muavini-rfi-qurbanovdur.html

İctimaiyyətlə əlaqələr şöbəsi
28.07.2020 

DİGƏR XƏBƏRLƏR