XƏBƏRLƏR

Əməkdaşlarımız IPMA beynəlxalq sertifikasiyasından keçib

Əməkdaşlarımız IPMA beynəlxalq sertifikasiyasından keçib

17 fevral 2021

Baxış sayı: 2663

Azərbaycan Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov, xarici dillər kafedrasının müdiri Samirə Məmmədova və kafedranın müəllimi Pərvanə Mövsumova AzPMA (Azerbaijan Project Management Association -  Layihələrin İdarə Edilməsi üzrə Azərbaycan Assosiasiyası) tərəfindən təşkil olunmuş “Layihələrin idarəedilməsi” təlimini uğurla başa vuraraq sertifikasiyadan keçiblər.

Assosiasiyanın vitse prezidenti Fərid Kazımov və assosasiyanın təlimçisi, qiymətləndirmə üzrə ekspert Rəşad İbrahimovun apardığı təlimlər yaranmış ekstremal şəraitə uyğun olaraq  onlayn formatda təşkil olunub. Əməkdaşlarımız təlim proqramının tamamlanmasının ardından sonunda müvafiq imtahanlardan uğurla keçərək IPMA standartı üzrə beynəlxalq layihə idarəetmə sertifikatını əldə ediblər.

Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlova C dərəcəli, xarici dillər kafedrasının müdiri Samirə Məmmədova və kafedranın müəllimi Pərvanə Mövsümovaya isə D dərəcəli sertifikat təqdim olunub. 

İctimaiyyətlə əlaqələr şöbəsi
17.02.2021

DİGƏR XƏBƏRLƏR