XƏBƏRLƏR
Əməkdaşlarımız beynəlxalq simpoziumda məruzə ilə çıxış edib
Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova və Tədris şöbəsinin müdiri Tariyel Qəni Şimali Makedoniyanın Beynəlxalq Vision Universiteti (International Vision University) ilə “Elger” Elm - Tədris Mərkəzinin birgə təşkil etdiyi "Qərb və Şərq: mədəniyyətlərin dialoqu" adlı IX Beynəlxalq elmi simpoziumda məruzə ilə çıxış ediblər.
Ülviyyə Rəhimovanın məruzəsi “Təhkiyənin elementləri və onların seçim problemi”, Tariyel Qəninin məruzəsi isə “Klassik epik ənənə və “Şirvanli Qəhrəmanşah” dastanı” mövzusuna həsr olunub.
Qeyd edək ki, simpozium Azərbaycan şairi Həbibinin 550 illik yubileyinə həsr olunub. Simpoziuma ümumilikdə 7 ölkədən (Türkiyə, Azərbaycan, Ukrayna, Qazaxstan, Gürcüstan, Almaniya, Şimali Makedoniya) 70 elm adamı məqalə göndərib, bunlardan 46-sı elmi heyətdəki hakim rəyləri əsasında qəbul edilərək simpozium materialları kitabında nəşr edilib.
Simpozium yaranmış ekstremal şəraitə uyğun olaraq Zoom proqramı vasitəsilə onlayn formatda təşkil olunub.
İctimaiyyətlə əlaqələr şöbəsi
21.12.2020