XƏBƏRLƏR

Əməkdaşlarımız “International Week” təlimlərini uğurla başa vurublar

Əməkdaşlarımız “International Week” təlimlərini uğurla başa vurublar

27 may 2022

Baxış sayı: 1151

Azərbaycan Universiteti rektorunun müşaviri, Beynəlxalq magistratura və doktorantura mərkəzinin direktoru Nüşabə Quliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov “Erasmus” proqramı çərçivəsində İtaliyanın Tuscia Universitetində təşkil olunan 5 günlük “International Week” təlimlərini uğurla başa vurublar. Əməkdaşlarımıza sertifikatlarını Tuscia Universitetinin prorektoru, professor Simone Semerini təqdim edib.

20-dən çox ölkədən 60-a yaxın nümayəndənin iştirak etdiyi tədbirdə ali təhsildə beynəlmiləlləşmə, beynəlxalq kredit mobilliyinin idarə olunması, “Erasmus” beynəlxalq mobillik ofislərinin fəaliyyətinin təşkili, “Erasmus” proqram və layihələrinə müraciətlər, keyfiyyətin idarə olunması, mədəniyyətlərarası dialoq kimi mövzularda təlimlər təşkil olunub, fikir mübadiləsi aparılıb, ikitərəfli görüşlər keçirilib.

Qeyd edək ki, mayın 23-də başlayan tədbir bu gün yekunlaşıb. Azərbaycan Universiteti tədbirdə  ölkəmizi təmsil edən yeganə ali təhsil müəssisəsi olub.

İctimaiyyətlə əlaqələr şöbəsi
27.05.2022

DİGƏR XƏBƏRLƏR