XƏBƏRLƏR

Əməkdaşlarımızı və dissertantımızı təbrik edirik!

Əməkdaşlarımızı və dissertantımızı təbrik edirik!

27 oktyabr 2023

Baxış sayı: 559

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Sosial işin təşkili kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Aynur Rəşid qızı Bünyatovaya elmi-pedaqoji fəaliyyətinə görə psixologiya elm sahəsinin Sosial psixologiya ixtisası üzrə dosent elmi adı verilib. Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə əməkdaşımıza dosent diplomu təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Turanə Vahid qızı Əhmədovaya dosent elmi adı verilib. Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə əməkdaşımıza dosent diplomu təqdim olunub.

Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Tofiq qızı Dilənovaya Türkiyənin Ankara Hacı Bayram Veli Universiteti tərəfindən doktorantura diplomu təqdim olunub. Şöbə rəhbəri fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini bu universitetdə müdafiə edib. 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə İqtisadiyyat və idarəetmə kafedrasının müəllimi İntizar Mirzəli qızı Qurbanovaya “Sahə iqtisadiyyatı” ixtisasında “iqtisad elmləri” elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə əməkdaşımıza diplomu təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan Universitetinin doktorantı Tamara Rövşən qızı Atakişiyevaya “Azərbaycan ədəbiyyatı” ixtisasında “filologiya elmləri” elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə dissertantımıza diplomu təqdim olunub.

Əməkdaşlarımızı və dissertantımızı təbrik edir, elmi fəaliyyələrində uğurlar arzu edirik!

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR