XƏBƏRLƏR

Əməkdaşlarımızın tədqiqat işi nüfuzlu Springer nəşriyyatı tərəfindən çap olunub

Əməkdaşlarımızın tədqiqat işi nüfuzlu Springer nəşriyyatı tərəfindən çap olunub

01 avqust 2022

Baxış sayı: 1014

Azərbaycan Universitetində beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan işlərin növbəti müsbət nəticəsi əldə olunub. Covid-19 pandemiyasının Avropa ölkələrinə təsirindən bəhs edən və redaktorları tanınmış professorlar Louise Dalingwater (Sorbonne Universiteti, Fransa), Vanessa Boullet (Lotaringiya Universiteti, Fransa), Iside Costantini (Sorbonne Universiteti, Fransa)  və Paul Gibbs (Middlesex Universiteti, İngiltərə) olan The Unequal Costs of Covid-19 on Well-being in Europe (Human Well-Being Research and Policy Making) adlı kitabın 8-ci fəsli Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Tünzalə Verdiyeva,  kafedranın müəllimi Aygün Muradlı, Xarici dillər kafedrasının müəllimi Nərgiz Hüseynovanın  “Impact of the Covid-19 pandemic on the well - being of children with disabilities and their parents in Azerbaijan” adlı elmi araşdırmalarına həsr olunub.  

Araşdırmada, Covid -19 pandemiyası zamanı əlilliyi olan uşaqların vəziyyəti, pandemiyanın əlilliyi olan uşaqlara və onların valideynlərinə təsiri və təhlili, pandemiya ilə mübarizədə əlilliyi olan şəxslərlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST), Sosial Xidmətlər Agentliyi, ölkədə fəaliyyət göstərən bir sıra qeyri-hökümət təşkilatları - Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA), Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF), Birgə və Sağlam İctimai Birliyi və bənzər qurumların bu müddət ərzində həyata keçirdikləri fəaliyyət, həmçinin mütəxəssis, valideyn müsahibəsi və rəyləri öz əksini tapıb.  

Dünyanın nüfuzlu elmi nəşriyyatlatından biri olan “Springer” tərəfindən çap olunan kitab hazırda dünyanın ən böyük onlayn alış-veriş platformalarından biri olan “Amazon”da satışdadır.

https://www.amazon.com/Unequal-Covid-19-Well-being-Well-Being-Research/dp/3031144244/ref=sr_1_1?crid=2F4JHW1PPSEQJ&keywords=the+Unequal+Wellbeing+Costs+of+Covid-19+in+Europe&qid=1658659666&s=books&sprefix=the+unequal+wellbeing+costs+of+covid-19+in+europe%2Cstripbooks-intl-ship%2C428&sr=1-1

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR