XƏBƏRLƏR

Nizami yaradıcılığına həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb

Nizami yaradıcılığına həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi başa çatıb

29 dekabr 2021

Baxış sayı: 1594

Riyaziyyat və informatika kafedrasının təşkilatçılığı ilə universitet tələbələri arasında klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.

Müsabiqənin münsiflər heyəti tərəfindən muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə I kurs tələbəsi Səidə Novruzova I yerə, sosial iş ixtisası üzrə III kurs tələbəsi Mədinə Rəhimova II yerə, sosial iş ixtisası üzrə III kurs tələbəsi Aydan Hümbətova və təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə I kurs tələbəsi Mədinə Əmirli III yerə layiq görülüb.

Qaliblərə diplom və hədiyyələr təqdim edilib.

Müsabiqəsinin keçirilməsində məqsəd Nizami Gəncəvinin həyat və yaradıcılığının tələbələr tərəfindən öyrənilməsi və təbliğ edilməsidir.

Müsabiqə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli Sərəncamının və Azərbaycan Universitetinin “Nizami Gəncəvi İli” çərçivəsində həyata keçiriləcək tədbirlər planının icrasının təmin edilməsi məqsədi ilə həyata keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
29.12.2021

DİGƏR XƏBƏRLƏR