XƏBƏRLƏR

Enactus komandamız Azərbaycan milli yarışına hazırlaşır

Enactus komandamız Azərbaycan milli yarışına hazırlaşır

14 aprel 2021

Baxış sayı: 2102

Azərbaycan Universitetinin komandası “Enactus Azərbaycan” proqramı çərçivəsində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tərəfdaşlığı ilə keçiriləcək Enactus Azərbaycan Milli yarışında iştirak edəcək. Enactus komandasının üzvləri yarışa Riyaziyyat və informatika kafedrasının müəllimi Gündüz Mirzəbəylinin rəhbərliyi ilə hazırlaşır.

Komandamız yarışa “Smart kənd” layihəsi ilə qoşulub. Bu layihədə əkin sahələrinin, istixanaların, gülçülük təsərrüfatlarının məsafədən idarə edilməsi nəzərdə tutulur.

Yarışa qatılacaq komandalar üçün tələbələrdə biznes bacarıqlarını inkişaf etdirərək sahibkarlığın təşviq olunması məqsədi ilə 17-18 aprel 2021-ci il tarixlərində “Enactus Azərbaycan Yaz Məktəbi” təşkil olunacaq. Yaz məktəbində müxtəlif layihələrlə yanaşı, biznes və startapların idarə olunması, biznes etikası, sosial və innovativ sahibkarlığa dair təlimlər yer alacaq, sual-cavab müsabiqəsi keçiriləcək.

Komandanın üzvləri

  • Məhəmməd Behbudov – kapitan, kompüter mühəndisliyi, II kurs
  • Fərid Təhməzov – kompüter mühəndisliyi, I kurs
  • Zümrüd Gərayeva – kompüter mühəndisliyi, II kurs
  • Mədinə Məmmədli – kompüter mühəndisliyi, II kurs
  • Sədayə İbrahimova – kompüter mühəndisliyi, II kurs
  • Lamiyə Bəylərova – kompüter mühəndisliyi, III kurs
  • Nigar Ələkbərova – kompüter mühəndisliyi, III kurs
  • Xəyal İsmayılov – kompüter mühəndisliyi, IV kurs
  • Leyla Ədilzadə – Marketinq, IV kurs
  • Mədinə Rzayeva – sosial iş, IV kurs
  • Mirzə Musayev – sosial iş, IV kurs
  • Aytəkin Kərimova – filologiya, III kurs

Komandamıza uğurlar arzulayırıq!

İctimaiyyətlə əlaqələr şöbəsi
15.04.2021

DİGƏR XƏBƏRLƏR