XƏBƏRLƏR
Ənənəvi fərdi inkişaf mühazirəsində süni intellekt müzakirə olunub
Azərbaycan Universitetinin ənənəvi fərdi inkişaf mühazirələrinin növbəti qonağı ADA Universitetinin müəllimi, dosent Samir Rüstəmov olub. “Süni intellekt və tətbiqləri" mövzulu interaktiv mühazirədə süni intellektin mahiyyəti, tətbiq sahələri, insan həyatında rolu, həmçinin süni intellektin yaradılmasında istifadə olunan yanaşmalar, intellektual sistemlərin qurulma prinsipləri haqqında məlumat verilib. Qeyd olunub ki, süni intellekt artıq texnologiyanın inkişafında o mühüm yer tutur.
Samir Rüstəmov tələbələr üçün startap layihəsi olan və media monitorinq saytı kimi nəzərdə tutulan mymedia.az saytını tanıdıb, tələbələrin suallarını cavablandırıb.
İctimaiyyətlə əlaqələr şöbəsi
24.11.2017
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
18 sentyabr 2026
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
16 sentyabr 2026
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
“Ulduz tələbə”lərin seçilməsi üçün müraciətlər başlayır
27 avqust 2026
