XƏBƏRLƏR

“English summer course program 1” dərslərinin fəal iştirakçıları sertifikatla təltif olunublar

“English summer course program 1” dərslərinin fəal iştirakçıları sertifikatla təltif olunublar

03 oktyabr 2023

Baxış sayı: 688

Xarici Dillər kafedrasının təşəbbüsü ilə müxtəlif ixtisaslarda təhsil alan II kurs tələbələri üçün təşkil olunan “English summer course program 1” dərslərinin fəal iştirakçıları sertifikatla təltif olunublar.

Kafedranın laborantı Arifə Məmmədova tərəfindən aparılan dərslərin məqsədi tələbələrin əldə etdikləri ingilis dili biliklərinin möhkəmləndirilməsi, ingiliscə ünsiyyət qabiliyyətinin inkişaf etdirilməsi və ingilis dilində ünsiyyət vərdişlərinin təkmilləşdirilməsidir.

Dərslərdə ingilis dili səviyyəsini artırmaq, tərcümə metodlarından düzgün istifadəni təmin etmək üçün ingilis dilində filmlər izlənilib və tərcümə edilib, müxtəlif oyunlar təşkil olunub.

2 ay davam edən dərslərin sonunda imtahan keçirilib. 

Sertifikat alan tələbələr

  • Əhmədova Zeynəb Mustafa qızı (Marketinq, II kurs)
  • Rüstəmova Fatma Fuad qızı (Filologiya / ingilis dili və ədəbiyyatı, II kurs)
  • Sarıyeva Ceyran Rafig qızı (Filologiya / ingilis dili və ədəbiyyatı, II kurs)
  • Şirməmmədli Aytən Natiq qızı (Filologiya / ingilis dili və ədəbiyyatı, II kurs)
  • Xancanova Aytən Azər qızı (Filologiya / ingilis dili və ədəbiyyatı, II kurs)

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR