XƏBƏRLƏR

Fənlərin Dostluğu Olimpiadasının yeddincisinə start verildi

Fənlərin Dostluğu Olimpiadasının yeddincisinə start verildi

07 dekabr 2016

Baxış sayı: 4419

“Fənlərin Dostluğu” olimpiadasının yeddinci buraxılışı 11 dekabr 2016-cı il tarixində keçiriləcəkdir. Qeydiyyat onlayn formada aparılır. Şagirdlər olimpiadanın rəsmi elektron ünvanı www.inteqrasiya.az saytında qeydiyyatdan keçməlidirlər. İştirak ödənişsizdir. Son qeydiyyat tarixi isə 9 dekabr 2016-cı ildir.

Olimpiadanın bu ilki buraxılışı Bakı, Sumqayıt və Xırdalan şəhərlərində və Respublikanın digər bölgələrində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan 9-cu və 10-cu sinif şagirdləri arasında keçirilir. Bir mərhələdə keçirilməsini nəzərdə tutulan Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandıracaqlar.

“Qalibləri və onların təhsil aldığı məktəbləri qiymətli hədiyyələr gözləyir.

Olimpiadanın təşkilatçıları Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondu, Azərbaycan Universiteti və  Hədəf Kurslarıdır.

2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən “Fənlərin Dostluğu” olimpiadası 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilir. Layihənin  məqsədi  fənlərarası əlaqəni möhkəmləndirmək, fənlərin bir-biri ilə bağlılığını şagirdlərə aşılamaq və bu inteqrasiyanın köməyindən istifadə edərək xüsusi istedada malik olan şagirdləri müəyyənləşdirib gələcək fəaliyyətlərində stimul yaratmaqdır.

Olimpiadanın dəstəkçiləri Modika Hospital, Nizami Kino Mərkəzi, Altun Kitab, Yes Travel, Kitabevim.az kitab mağazaları şəbəkəsi, informasiya dəstəkçiləri isə ATV, trend.az, Ustad dərgisi, senet.az portalıdır.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
07.12.2016

DİGƏR XƏBƏRLƏR