XƏBƏRLƏR

Fransa universitetləri ilə əməkdaşlıq imkanları müzakirə olunub

Fransa universitetləri ilə əməkdaşlıq imkanları müzakirə olunub

03 mart 2017

Baxış sayı: 7200

Azərbaycan Universitetində beynəlxalq əlaqələrin genişləndirilməsinin müzakirə olunduğu növbəti tədbir keçirilib. Tədbirdə Fransa universitetləri ilə qarşlıqlı səmərəli  əməkdaşlığın perspektivləri və yolları müzakirə olunub, təkliflər irəli sürülüb.

Tədbirdə Beynəlxalq Biznes Məktəbi (ICD – International Business School) Beynəlxalq əlaqələr ofisinin nümayəndəsi Lila Guermas, Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi CEFAM (Centre Franca – American Management School) Beynəlxalq inkişaf və layihələr ofisinin meneceri Valida Mechri və Fransa səfirliyinin nümayəndəsi, universitetlərlə əməkdaşlıq üzrə koordinator Baptiste Mignot iştirak edib. Azərbaycan Universitetini isə rektorun müşaviri Zaur Quliyev, Biznes və iqtisadiyyat fakültəsinin dekanı Vüsal Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edib.

Görüşdə qonaqlara Azərbaycan Universiteti haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, dünyanın nüfuzlu ali təhsil ocaqları ilə əlaqələrin qurulması və inkişafı, həmçinin tələbə və müəllim mobilliyini təmin edən proqramlarda iştirak Azərbaycan Universitetinin öncəlikləri sırasındadır.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.03.2017

DİGƏR XƏBƏRLƏR