XƏBƏRLƏR

Gənc tədqiqatçıların V respublika elmi konfransına tezislərin qəbulu davam edir

Gənc tədqiqatçıların V respublika elmi konfransına  tezislərin qəbulu davam edir

10 mart 2022

Baxış sayı: 1299

Azərbaycan Universitetində keçiriləcək gənc tədqiqatçıların beşinci respublika elmi konfransına tezislərin qəbulu davam edir. Konfrans haqqında daha ətraflı məlumat və müəlliflər üçün təlimat Universitetin saytında yerləşdirilib.

15 aprel 2022-ci il tarixində keçiriləcək konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və institutlarında oxuyan və fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların ikt və tətbiqləri, iqtisadiyyat, humanitar və sosial elmlər sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.

Konfransda iştirak etmək arzusunda olanlar tezislərini martın 15-dək konfrans katibliyinə elektron poçt vasitəsilə göndərməlidirlər.

Ətraflı məlumat üçün
Tel: (+99412) 431 41 12/13/16 (daxili 126)
E-poçt: genc.tedqiqatci@au.edu.az
Konfransın səhifəsinə keçid: 
https://www.au.edu.az/az/menu/623/

İctimaiyyətlə əlaqələr şöbəsi
10.03.2022

DİGƏR XƏBƏRLƏR