XƏBƏRLƏR

Gənc tədqiqatçıların V respublika elmi konfransına tezis qəbulunun vaxtı uzadılıb

Gənc tədqiqatçıların V respublika elmi konfransına  tezis qəbulunun vaxtı uzadılıb

14 mart 2022

Baxış sayı: 1690

Azərbaycan Universitetində keçiriləcək Gənc tədqiqatçıların V respublika elmi konfransına tezis qəbulunun vaxtı 28 mart 2022-ci il tarixinə qədər uzadılıb. Konfrans haqqında daha ətraflı məlumat və müəlliflər üçün təlimat Universitetin saytında yerləşdirilib.

15 aprel 2022-ci il tarixində keçiriləcək konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və institutlarında oxuyan və fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların İKT və tətbiqləri, iqtisadiyyat, humanitar və sosial elmlər sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.

Konfransda iştirak etmək arzusunda olanlar tezislərini martın 28-dək konfrans katibliyinə elektron poçt vasitəsilə göndərə bilərlər.

Ətraflı məlumat üçün
Tel: (+99412) 431 41 12/13/16 (daxili 126)
E-poçt: genc.tedqiqatci@au.edu.az
Konfransın səhifəsinə keçid:
https://www.au.edu.az/az/menu/623/ 

İctimaiyyətlə əlaqələr şöbəsi
14.03.2022  

DİGƏR XƏBƏRLƏR