XƏBƏRLƏR

Gənc tədqiqatçıların IV respublika elmi konfransı onlayn formatda keçiriləcək

Gənc tədqiqatçıların IV respublika elmi konfransı  onlayn formatda keçiriləcək

05 aprel 2021

Baxış sayı: 1968

Azərbaycan Universitetində gənc tədqiqatçıların ənənəvi elmi konfransı mövcud ekstremal şəraitə uyğun olaraq zoom platforması üzərindən onlayn formatda təşkil olunacaq. Bu il dördüncü dəfə keçirilən konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək,  onların ikt və tətbiqləri, iqtisadiyyat, humanitar və sosial elmlər sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.  

9 aprel 2021-ci il tarixində keçiriləcək konfransın hazırlıqları davam edir.

Konfransın səhifəsinə keçid:

/az/menu/543/au-konfranslar-genc-tedqiqatcilarin-dorduncu-respublika-elmi-konfransi-haqqinda

Azərbaycan Universitetində 2021-ci ilin növbəti konfransı “Nizami ili” çərçivəsində təşkil olunacaq və dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq. "Nizami Gəncəvinin əsərləri Azərbaycan xalqının etnogenezisinin Qafqaz və Türk dünyası kontesktində öyrənilməsində ədəbi və tarixi mənbə kimi" respublika konfransı 7 may 2021-ci il tarixində keçiriləcək. Bu konfransın da pandemiya şəraiti nəzərə alınaraq onlayn rejimdə təşkili planlaşdırılır. Konfransda iştirak etmək istəyənlər təlimata uyğun hazırlanmış tezislərini 25 aprel 2021-ci il tarixinə qədər elm@au.edu.az ünvanına göndərməlidirlər.

Konfransın səhifəsinə keçid:

/az/menu/554/nizami-gencevinin-eserleri-edebi-ve-tarixi-menbe-kimi-respublika-konfransi-haqqinda

İctimaiyyətlə əlaqələr şöbəsi
05.04.2021

DİGƏR XƏBƏRLƏR