XƏBƏRLƏR

Gənc tədqiqatçıların IV respublika elmi konfransına tezislərin qəbulu davam edir

Gənc tədqiqatçıların IV respublika elmi konfransına  tezislərin qəbulu davam edir

04 mart 2021

Baxış sayı: 2260

Azərbaycan Universitetində keçiriləcək gənc tədqiqatçıların dördüncü respublika elmi konfransına tezislərin qəbulu davam edir. Konfrans haqqında daha ətraflı məlumat və müəlliflər üçün təlimat Universitetin saytında yerləşdirilib.

9 aprel 2021-ci il tarixində keçiriləcək konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və institutlarında oxuyan və fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların ikt və tətbiqləri, iqtisadiyyat, humanitar və sosial elmlər sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.

Konfransda iştirak etmək arzusunda olanlar tezislərini martın 12-dək konfrans katibliyinə elektron poçt vasitəsilə göndərməlidirlər.

Ətraflı məlumat üçün
Tel: (+99412) 431 41 12/13/16 (daxili 126)
E-poçt: genc.tedqiqatci@au.edu.az
Konfransın səhifəsinə keçid: /az/menu/543/

İctimaiyyətlə əlaqələr şöbəsi
04.03.2021

DİGƏR XƏBƏRLƏR