XƏBƏRLƏR

Azərbaycan Universitetində gənc tədqiqatçıların IV respublika elmi konfransı keçiriləcək

Azərbaycan Universitetində gənc tədqiqatçıların IV respublika elmi konfransı keçiriləcək

09 aprel 2021

Baxış sayı: 3673

Bu gün Azərbaycan Universitetində Gənc tədqiqatçıların IV respublika elmi konfransı keçiriləcək. Mövcud ekstremal şəraitə uyğun olaraq konfransın işi zoom platforması üzərindən təşkil olunur. Konfransın plenar məruzəçisi AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyevdir. Hikmət Quliyev “Azərbaycan folklorşünaslığı yeni elmi paradiqma və reallıqlar qarşısında: İnternet folkloru problemi” mövzusunda çıxış edəcək.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan konfrans saat 11.00-da başlayacaq.

Konfransın materialları toplu şəklində çap olunub.

Konfransın səhifəsinə keçid:

https://au.edu.az/az/conferences/genc-tedqiqatcilarin-dorduncu-respublika-elmi-praktik-konfransi

İctimaiyyətlə əlaqələr şöbəsi
09.04.2021

DİGƏR XƏBƏRLƏR