XƏBƏRLƏR

Gənc tədqiqatçıların II respublika elmi konfransının hazırlıqları yekunlaşdı

Gənc tədqiqatçıların II respublika elmi konfransının hazırlıqları yekunlaşdı

14 mart 2019

Baxış sayı: 3596

Sabah Azərbaycan Universitetində keçiriləcək Gənc tədqiqatçıların II respublika elmi konfransının hazırlıqları yekunlaşıb. Konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və institutlarında oxuyan və fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.

Tədbir  universitetin rektoru Səadət Əliyevanın açılış nitqi ilə başayacaq.

Açılışın ardından tədbir işini tarix və hüquq, filologiya (ədəbiyyat), filologiya (dilçilik), iqtisadiyyat, sosiologiya, riyaziyyat, fizika, İKT, tədris metodikası olmaqla yeddi bölmədə davam etdirəcək.

Konfransa müsbət rəy almış 228 məqalə qəbul olunub.

Konfransın materialları toplu şəklində çap olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
14.03.2019

DİGƏR XƏBƏRLƏR