XƏBƏRLƏR

Azərbaycan Universitetində gənc tədqiqatçıların üçüncü respublika konfransı keçiriləcək

Azərbaycan Universitetində gənc tədqiqatçıların üçüncü respublika konfransı keçiriləcək

21 yanvar 2020

Baxış sayı: 3183

Azərbaycan Universitetində gənc tədqiqatçıların üçüncü respublika elmi-praktik konfransı keçiriləcək. Konfrans haqqında daha ətraflı məlumat və müəlliflər üçün təlimat Universitetin saytında yerləşdirilib.

13 mart 2020-ci il tarixində keçiriləcək konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və institutlarında oxuyan və fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların ikt və tətbiqləri, iqtisadiyyat, humanitar və sosial elmlər sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.

Konfransda iştirak etmək arzusunda olanlar məqalələrini fevralın 14-dək konfrans katibliyinə elektron poçt vasitəsilə göndərməlidirlər. Məqalənin qəbul olunması haqqında son məlumatlandırma tarixi isə 3 mart 2020-ci ildir.

Ətraflı məlumat üçün
Tel: (+99412) 431 41 12/13/16/17 (daxili 126)
E-poçt: genc.tedqiqatci@au.edu.az
Konfransın səhifəsinə keçid: /az/menu/445/

İctimaiyyətlə əlaqələr şöbəsi
21.01.2020

DİGƏR XƏBƏRLƏR