XƏBƏRLƏR

Gənc tədqiqatçıların üçüncü respublika konfransına tezis qəbulu davam edir

Gənc tədqiqatçıların üçüncü respublika konfransına tezis qəbulu davam edir

05 fevral 2020

Baxış sayı: 2766

Azərbaycan Universitetində keçiriləcək gənc tədqiqatçıların üçüncü respublika elmi-praktik konfransına tezis qəbulu davam edir. Konfrans haqqında daha ətraflı məlumat və müəlliflər üçün təlimat Universitetin saytında yerləşdirilib.

13 mart 2020-ci il tarixində keçiriləcək konfransın məqsədi ölkənin müxtəlif universitet, akademiya və institutlarında oxuyan və fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, onların ikt və tətbiqləri, iqtisadiyyat, humanitar və sosial elmlər sahələrində əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaqdır.

Konfransda iştirak etmək arzusunda olanlar tezislərini fevralın 14-dək konfrans katibliyinə elektron poçt vasitəsilə göndərməlidirlər.

Ətraflı məlumat üçün
Tel: (+99412) 431 41 12/13/16/17 (daxili 126)
E-poçt: genc.tedqiqatci@au.edu.az
Konfransın səhifəsinə keçid: /az/menu/445/

İctimaiyyətlə əlaqələr şöbəsi
05.02.2020


DİGƏR XƏBƏRLƏR