XƏBƏRLƏR

“Gender problemi və müasir Azərbaycan” konfansının hazırlıqları davam edir

“Gender problemi və müasir Azərbaycan” konfansının hazırlıqları davam edir

05 noyabr 2018

Baxış sayı: 3777

Azərbaycan Universitetində 23 noyabr tarixində keçiriləcək “Gender problemi və müasir Azərbaycan” II Respublika elmi konfransının hazırlıqları davam edir.

Konfransın məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etməkdən ibarətdir.

Bu il ikinci dəfə keçiriləcək konfransın işi gender və tarix, dində gender aspektləri, müasir cəmiyyətin gender problemləri, Azərbaycanda gender demokratiyasının inkişafı, iqtisadi nəzəriyyənin gender aspekti, gender tədqiqatlarının hüquqi aspektləri, gender və mədəniyyət, ədəbiyyatımızda gender problemi istiqamətlərində aparılacaq.

Konfransa tezislərin qəbulu yekunlaşıb.

Konfrans materialları toplu şəklində çap olunacaq və qeydiyyat zamanı iştirakçılara təqdim ediləcək.

Konfransın səhifəsinə keçid: /az/menu/221/

İctimaiyyətlə əlaqələr şöbəsi
05.11. 2018


DİGƏR XƏBƏRLƏR