XƏBƏRLƏR

Gender problemləri növbəti dəfə beynəlxalq konfransda müzakirə olunub

Gender problemləri növbəti dəfə beynəlxalq konfransda müzakirə olunub

19 noyabr 2021

Baxış sayı: 1950

Azərbaycan Universiteti və İngiltərənin Middlesex Universitetinin birgə təşkil etdiyi “Gender problemi və müasir Azərbaycan” beynəlxalq konfransı ZOOM platforması üzərindən onlayn formatda keçirilib.

Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov açılış nitqi ilə çıxış edərək tədbirə qoşulan qonaqlara və iştirakçılara konfransın tarixi və hazırlıq prosesi ilə bağlı məlumat verib. Öz tədqiqatlarının nəticələrini  Azərbaycan Universitetinin konfransına təqdim edən alim və tədqiqatçılara təşəkkür edib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadə “Vətən müharibəsinin və pandemiyanın gender amili” mövzusunda çıxış edərək konfransın işinə uğurlar arzulayıb.

Konfransda gün ərzində gender və tarix, dində gender aspektləri, müasir cəmiyyətin gender problemləri, Azərbaycanda gender demokratiyasının inkişafı, iqtisadi nəzəriyyənin gender aspekti, gender tədqiqatlarının hüquqi aspektləri, gender və mədəniyyət, ədəbiyyatımızda gender problemi istiqamətlərində məruzələr dinlənilib.

Qeyd edək ki, 2017 və 2018-ci illərdə respublika miqyasında təşkil olunan elmi tədbir 2019-cu ildən başlayaraq beynəlxalq statusda keçirilir. Konfransa göstərilən maraq və diqqət bu qərarın alınmasına öz təsirini göstərib. Konfransın əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, bu sahədə ölkədə əldə edilən uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.11.2021

DİGƏR XƏBƏRLƏR